Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirusun genetik kodu aşkarlanıb - ÜST açıqlama yayıb

2019-nCoV koronavirusunun laborator diaqnostikasının metodikası açıqlanıb...

Ümumdünya Səhiyyə Təşkilatı və ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi tərəfindən Çin Xalq Respublikasının ərazisində meydana gələn 2019-nCoV koronavirusunun laborator diaqnostikasının metodikası açıqlanıb.


ÜST-dən APA-ya verilən xəbərə görə, Çin Xalq Respublikasının Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi, eləcə də ABŞ Xəstəliklərlə Mübarizə və Nəzarət Mərkəzi tərəfindən aparılan elmi tədqiqatlar nəticəsində virusun genetik kodu müəyyən edilib və ABŞ Milli Sağlamlıq İnstitutunun Genetik Kod Məlumat Bazasına yüklənib. Araşdırmaların nəticələri və 2019-nCoV diaqnostikasının texniki məlumatları ÜST-ün rəsmi saytında yerləşdirilib.

Qeyd edək ki, 2019-nCoV virusunun genetik kodunun müəyyən edilməsi virusun diaqnozunun sürətli və dəqiq şəkildə həyata keçirilməsinə, eyni zamanda vaksin hazırlanma prosesinin sürətləndirilməsinə imkan verir.

Qeyd edək ki, bundan öncə MERS‐CoV və SARS-CoV virusları yayılarkən müvafiq qurumlar tərəfindən virusun genetik kodu daha uzun müddət ərzində müəyyən edilmişdi.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ən çox oxunanalar